send link to app

Metaflix app for iPhone and iPad


4.6 ( 2576 ratings )
Photo & Video Entertainment
Developer: Murad Musali
Free
Current version: 2.0.0, last update: 6 months ago
First release : 20 Apr 2023
App size: 44.09 Mb

Azərbaycanın ən böyük video platforması.

Azərbaycanda film və serial sahəsində fəaliyyət göstərən “Metaflix” adlı müasir standartlara uyğun yeni internet platforması yaradılıb. bir neçə ildir ki, üzərində işlənilən bu layihə yerli və xarici istehsalın məhsulu olan filmləri nümayiş etdirməklə yanaşı, həm də platformanın təşkilatçılığı ilə istehsal olunacaq audiovizual məhsullar təqdim edəcək.

Layihənin məqsədi, ölkənin internet məkanında müasir kino və serial istiqamətində yerli istehsalçıları stimullaşdırmaq, bu çərçivədə yaradıcı qüvvələri fəaliyyətə cəlb etmək, gənclərin bu sahəyə olan marağını artırmaqdır.

Bir neçə kateqoriyadan ibarət olacaq platformada:

– Yerli audiovizual materiallar;

– Xarici audiovizual materiallar (dublyaj və altyazı ilə) ;

– Azyaşlılar üçün nəzərdə tutulmuş audiovizual materiallar;

– Müxtəlif profilli xüsusi layihələr;

– “CineLab” layihəsi çərçivəsində həyata keçirilən eksperimental yaradıcılıq işləri yer alacaq;